Accessibility links

Müxalifət Nairobidə keçiriləcək etiraz aksiyasını təxirə salıb


Kenyanın müxalifət liderləri polisin onların tərəfdarlarına qarşı gözyşardıcı qaz və təzyiqli sudan istifadə etməsindən sonra paytaxt Nayrobidə planlaşdırılan etiraz aksiyasını təxirə salıblar. Narıncı Demokratik Hərəkat Partiyasının rəsmisi Vilyam Ruto tərəfdarlarını zorakılıq əleyhinə olan sülhsevər insanlar adlandıraraq, nümayişin gələn çərşənbə günü keçirilməsinə çağırıb.

Etiraz dalğası prezident Mvai Kibakinin ötən həftə keçirilən seçkilərdə qələbəsini elan etməsindən sonra baş qaldırıb. Kenyanın baş prokuroru mübahisəli prezident seçkilərinin nəticələrinin araşdırlmasına dair xüsusi komissiya təşkil edilməsinə çağırıb.

XS
SM
MD
LG