Keniyanın əsas müxalifət partiyası zorakılıqlara son qoyulması məqsədi ilə yeni seçkilərə çağırır. Narıncı Demokratik Hərəkat partiyasının baş katibi Anyang Nyonqo çağırışı bu gün müxbirlərlə görüşü zamanı edib. Partiya prezident Mvai Kibakinin ötən həftə keçirilən seçkilərdə qələbəsini elan etməsinə etirazını bildirərək, seçkilər zamanı saxtakarlqılara yol verildiyini deyir. Kibaki hökuməti bu çağırışa münasibət bildirməyib. Bununla yanaşı polis müxalifətin yürüşunə mane olunması məqsədi ilə artıq ikinci gündür paytaxt Nairobiyə yerləşdirilib. Vaşiqnton isə Keniya liderlərini siyasi barışıq naminə dialoqa çağırır.