Accessibility links

Ayovanın qalibləri: Obama və Hakabi


Ayova ilkin seçkilərində Demokrat Barak Obama və Respublikaçı Mayk Hakabinin qələbəsindən sonra ABŞ prezidentliyinə namizədlər gələn həftənin praymeriz seçkiləri üçün Nyu Hempşir ştatında toplaşırlar. Bəzi namizədlər səhər tezdən Ayovadan bu ştata gəliblər. İlinoy ştatından birinci dönəm senator Barak Obama asanlıqla Con Edvardzı və Hillari Klintonu məğlub etdi. İlk qara ABŞ prezidenti olmağa çalışan Obama dünən deyib ki, Ayovadakı qələbə dəyişikliyə istəyi əks etdirir. Respublikaçı tərəfdə isə indiyədək az adamın tanıdığı sabiq Arkanzas qubernatoru Hakabi sabiq Massaçusets qubernatoru Mit Romnini məğlub edib.
XS
SM
MD
LG