Accessibility links

Diyala vilayətində təhlükəsizlik tədbirləri görülür


İraq rəsmiləri Baquba şəhərində maşınların hərəkətinə qadağalar tətbiq ediblər. Məqsəd Bağdadın şimalındakı qəsəbədə zorakılıqların qarşısını almaqdır. Bu günün ölçüləri Diyala vilayətinin paytaxtında intiharçı əməliyyatlarının ardınca tətbiq olunub. Həmçinin bu gün ABŞ hərbisi 2 terrorçunu öldürüdüyünü və 12 şəxsi yaxaladığını bildirib. Hərbçilərin bəyanatına əsasən tutulanlardan biri Ənsər Əl Sünnə terror qrupunun liderlərindəndir. Dünən Diyala vilayətində kiçik çaplı silahlardan açılan atəş nəticəsində 2 ABŞ əsgəri həlak olmuş, bir əsgər isə yaralanmışdır.
XS
SM
MD
LG