Accessibility links

Britaniya təhqiqatçıları Pakistana gəliblər


Britaniyanın Skotland Yard-ından kiçik ekspertlər heyəti müxalifət lideri Benəzir Bhuttonun qətlini araşdırmaq üçün Pakistan paytaxtına gəlib. Pakistan rəsmiləri deyirlər ki, Britaniyalı təhqiqatçılar istintaqa texniki məsələlərdə yardım göstərəcəklər. Belə ki, xanım Bhuttonun qətlinin ətrafında bir sıra şaiyələr dolaşır. Xanım Bhuttonun ailəsi və rəhbərlik etdiyi Pakistan Xalq partiyasındakı tərəfdarları sabiq baş nazirin nümayişi tərk edərkən maşınında güllə ilə vurulıduğunu deyirlər. Prezident Pərviz Müşərrəf dünən onun hökumətinə qarşı yönələn tənqidləri rədd edib. O, xanım Bhuttonu hücum təhlükəsi olduğu halda açıqda dayanaraq tərəfdarlarına əl yelləməyinə görə qınayıb.
XS
SM
MD
LG