Accessibility links

İraq əsgəri ABŞ qüvvələrinə atəş açıb


Keçən həftə İraq və ABŞ ordusunun birgə təlimi zamanı bir İraq əsgərinin Amerika qüvvələrinə açdığı atəş nəticəsində 2 Birləşmiş Ştatlar əsgəri həlak olub. Ordunun bu gün verdiyi açıqlamasında deyilir ki, hadisə dekabrın 26-da Neynəva vilayətində baş verib. Atəş nəticəsində 1 Amerika əsgərinin və 3 mülki vətəndaşın yaralandığı hadisə ilə bağlı istintaqın davam etdirilirdiyi bildirilir. İraqlı əsgər hadisə yerindən qaçmağa nail olsa da, şəxsiyyəti müəyyən ediləndən sonra əsgər saxlanılıb. İraqdan verilən başqa bir xəbərdə deyilir ki, Diyalada baş verən iki bomba partlayışı nəticəsində ən azı 6 nəfər həlak olub, 3 nəfərsə yaralanıb.
XS
SM
MD
LG