Accessibility links

Keniya prezidenti birlik hökuməti qurulmasına razılıq verib


" hspace=2 src="/azerbaijani/images/ap_Kenya_odinga_5janv07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Keniya prezidenti Mvai Kibaki keçən həftə keçirilən mübahisəli seçkilərdən sonra ölkədə baş qaldıran zorakılıqlara mane olunması üçün müxalifətlə birlik hökuməti formalaşdırmağa hazır olduğunu deyib. Cənab Kibakinin bəyanatı bu gün ABŞ dövlət katibinin Afrika məsələləri üzrə yardımçısı Yandei Frayzerlə Nayrobi görüşündən sonra açıqlanıb. Amerika diplomatı bu gün səhər müxalifət lideri Raila Odinqo ilə də görüşüb. Cənab Frayzer Keniyaya ölkədə olan qarşıdurmanı sona çatdırmağa kömək etmək üçün gedib. Müxalifət lideri Odinqo prezident Kibakinin dekabrın 27-də keçirilən seçkilərdə qələbəsini təmin etmək üçün nəticələrə müdaxilədə günahlandırır. Odinqonun Luo və prezidentin Kikuyu icmaları arasında qarşıdurmalar zamanı 300-dən çox insan həlak olub. Tərəflər bir-birini soyqırım törətməkdə günahlandırır.
XS
SM
MD
LG