Accessibility links

Hose Luiz Rodrigez Zapatero  Livanda olub


İspaniyanın baş naziri Hose Luiz Rodrigez Zapatero BMT-nin missiyası ilə Livanda olan ispan qüvvələrinin terrorizmlə mübarizə səylərini regionda sülhün bərqərar edilməsinə xidmət etdiyini bildirib. Baş nazir bunu elan edilmədən səfər etdiyi Livanın cənub bölgəsindəki 1100 nəfərlik sülhməramlı qüvvələr qarşısında bildirib. Cənab Zapatero deyib ki, regionda sülh bütöv dünyanın sabitliyi və qlobal terrorimlə mübarizəyə təsirini göstərir. İspaniyanın baş naziri Livanda xidmət göstərən əsgərlərin verdiyi qurbanlara görə təşəkkürünü bildirib. İspaniya lideri Livanın baş naziri Fuad Siniora ilə görüş keçirib.

XS
SM
MD
LG