Accessibility links

İraqda Ordu günü mərasimləri partlayışlarla müşaiyət olunub


İraqın paytaxtı Bağdadın mərkəz hissəsində Ordu günü münasibətilə hərbçilər və mülki vətəndaşların toplaşdığı mərasim zamanı intiharçı hücumu nəticəsində ən azı 9 nəfər həlak olub. Şahidlərin sözlərinə görə, partlayış Bağdad yaxınlığında Karradada əsgərlər hərbi marş oxuduğu zaman baş verib. Hadisə zamanı 17 nəfərin yaralandığı bildirilir. 1921-ci ildə əsası qoyulan rəsmi bayram - Ordu gününün bu ilki 87-ci ildönümü hərbi paradlar və başqa mürasimlərlə qeyd edilib. Polisin bildirdiyinə görə, bu gün İraqda baş verən digər hücum zamanı ən azı 3 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisə paytaxtın şimalında yerləşən Qahirə məhəlləsində restoranın qarşısında avtomobilin partlaması nəticəsində baş verib.
XS
SM
MD
LG