Accessibility links

ABŞ prezident seçkilərində namizədlər arasında fərq çox kiçikdir


Yeni rəy sorğularına əsasən, Respublikaçılar partiyasından prezidentliyə namizədlər Mit Romni və Con Makkeyn Nyu Hempşir ştatında ilkin seçkidən öncə burada seçicilərin eyni səviyyədə dəstəyinə malikdir. Mit Romninin 32, Con Makkeyninsə 31 faiz səs aldığı bildirilir. Röyters agentliyinin keçirdiyi rəy sorğusuna əsasən, Demokrat senatorlar Hilari Klinton və Barak Obama arasında çərşənbə axşamı günü praymerizdən öncə fərq çox azdır. 31 faiz Hilari Klintona, 30 faiz isə Obamaya dəstək verir. Şimali Karolina ştatından keçmiş senator Con Edvards 20 faiz dəstək alıb. Hər iki patiyadan namizədlər Nyu Hempşirdə ilkin seçkidən öncə ölkə üzrə televiziya ilə yayımlanan debatlarda iştirak ediblər.
XS
SM
MD
LG