Accessibility links

Diyarbəkirdə partlayışla bağlı 8 şübhəli saxlanılıb


Türkiyə rəsmiləri ölkə polisinin keçən həftə 6 nəfərin ölümünə, 70 nəfərin isə yaralanmasına səbəb olan bomba partlayışı ilə əlaqədar olan 8 şübhəlini ələ keçirib. Ankara rəsmiləri ötən həftənin cümə axşamı günü Diyarbəkirdə baş verən partlayışa görə Kürdüstan Fəhlə Partiyası - PKK yaraqlılarını günahkar tanıyır. Rəsmilərin bildirdiyinə görə, bazar ertəsi günü bomba hücumlarını həyata keçirməkdə şübhəli bilinən PKK yaraqlısı saxlanılıb. Onun İraqın şimalında PKK düşərgəsində təlim keçdiyi bildirilir.
XS
SM
MD
LG