Accessibility links

Kristofer Hill: Şimali Koreyanın vədinə əməl etməməsi razılaşmaya təhlükə deyil


Birləşmiş Ştatlar nümayəndəsi Kristofer Hill Şimali Koreyanın ötən ilin sonuna kimi nüvə proqramını açıqlamaq vədinə əməl etməməsinə baxmayaraq, nüvə deklarasiyasının açıqlanmasına təmkin nümayiş etdirilməsinə ehtiyac olduğunu deyib. Bu gün Seulda jurnalistlərlə görüşən cənab Hill Şimali Koreyanın vədinə əməl etməməsinin razılaşmaya təhlükə olmadığını deyib. O, nə ABŞ-ın nə də ki, rəsmi Seulun danışıqlardan qaçmaq niyyətində olduğunu bildirib.

Cənubi Koreya prezidenti Roh Mu Hyunla görüş keçirən Kristofer Hill prezidentə Amerikanın məsələ ilə bağlı Cənubi Koreya ilə əməkdaşlığını davam etdirmək istədiyini bildirib.

XS
SM
MD
LG