Accessibility links

İran Türkiyəyə qazın nəqlini bərpa edəcəyini deyib


Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın sözlərinə görə, İran gələn həftənin əvvəlində ölkəyə qaz ixracını bərpa edəcək. Ankarada jurnalistlərə açıqlama verən cənab Ərdoğan, İranın elçisi ilə danışdığını və elçinin ona problemin gələn bazar ertəsi həll olunacağını bildirdiyini deyib.

İran Türkiyəyə qaz ixracını 75% azaltdıqdan sonra, bu həftənin əvvəlində tam kəsmişdi. İran tərəf qazın nəqlinin dayandırılmasını soyuq hava şəraiti və Türkmənistandan İran İslam Respublikasına qazın dayandırılması ilə əlaqələndirir. İran Türkiyənin Rusiyadan sonra ikinci ən böyük qaz təchizatçısıdır.

XS
SM
MD
LG