Accessibility links

Keniyada hökumətlə müxalifət arasında danışıqlar cəhdləri boşa çıxıb


Keniyanın əsas müxalifət partiyası ölkənin prezident seçkilərindəki gərginliklərin aradan qalxmasına vasitəçilik cəhdlərinin boşa çıxdığını bildirib. Müxalif Narıncı Demokrat Hərəkatı bu gün Nayrobidə Afrika Birliyi vasitəçilik danışıqlarının fayda verməməsinə böyük təəssüfünü bəyan edib. Partiyanın baş katibi Anyanq Nyonqo prezident Mvai Kibakini prosesdən boyun qaçırmaqda ittiham edib. Müxalifət prezident Kibakinin dekabrın 27-si seçkilərinin nəticələrinə müdaxilə edərək qələbə qazandığını söyləyir. Seçkilərdən bəri siyasi və icma zorakılıqları səbəbilə 500-dən çox insan həlak olub.
XS
SM
MD
LG