Accessibility links

ABŞ başqa bir kürd yaraqlı qruplaşması TAK-ı terrorçu təşkilat kimi tanıdı


Birləşmiş Ştatlar Türkiyədə Kürd militant qrupu olan Kürdüstan Azadlıq Şahinləri – TAK-ı beynəlxalq terrorçu təşkilatı kimi tanıyıb. Dövlət Departamentinin sözçüsü Tom Keysi dünən bildirib ki, TAK Türkiyədə həyata keçirilən bir çox terror hücumlarında məsuliyyətlidir. Bu hücumlar turist düşərgələrini, hərbi və hökumət binalarını hədəfə alıb. Terror aktları zamanı bir neçə insan həlak olub. TAK ABŞ, Avropa Birliyi və Türkiyənin artıq terrorçu təşkilat kimi tanıdığı PKK-nın bir qoludur. Bəyanatda cənab Keysi ABŞ-ın PKK və onun TAK kimi şəbəkələrinə qarşı Türkiyə və İraqla birgə mübarizəni davam etdirəcəyini deyib. Onun sözlərinə görə, belə terrorçular üçün sığınacaq olmamalıdır.
XS
SM
MD
LG