Accessibility links

ABŞ prezidentliyinə Respublikaçı namizədlərin debatı keçirilib


Dünən Cənubi Karolina ştatında keçirilən televiziya debatında Respublikaçı namizədlər iqtisadiyyat və xarici siyasət problemlərini müzakirə ediblər. Arizona senatoru Con Makkeyn mərhum prezident Ronald Reyqanın əziz tutduğu aşağı vergilər və kiçik hökumət prinsiplərini müdafiə edib. Sabiq Massaçusets qubernatoru Mitt Romni rəsmi Vaşinqtonun siyasi strukturunu səriştəsizliyə görə tənqid etmiş, Mayk Hakabi isə Arkanzasda qubernator olduğu vaxt əldə etdiyi iqtisadi nailiyyətləri önə çəkmişdir. Namizədlər həmçinin İran və ABŞ gəmilərinin Hörmüz boğazındakı qarşıdurması və qeyri-qanuni mühacirət məsələləri haqda danaşıblar. Sabiq Tenessi Senatoru Fred Tompson, keçmiş Nyu York meri Rudi Culiani və Konqresmen Ron Pol da dünənki debatlarda iştirak ediblər. Cənubi Karolinada Respublikaçıların ilkin seçkiləri yanvarın 19-da keçiriləcək.
XS
SM
MD
LG