Accessibility links

Beynəlxalq Miqrasiya Təşkilatı İraqlı qaçqınların taleyindən narahatdır


Beynəlxalq Miqrasiya Təşkilatı deyir ki, İraqda zorakılıqların azalmasına baxmayaraq həmin ölkə hələ də humanitar böhranla üzləşir. Təşkilatın açıqladığı hesabata əsasən indiyədək Suriyada 2 milyona yaxın İraqlı qaçqın yaşayır. Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, İraqlı köçkünlırin əksəriyyəti evlərini 2006-cı ilin Fevralında Əl Əsgəri məscidinin partladılmasından sonra tərk edib.

Təşkilatın yeni hesabatında deyilir ki, 2007-ci ilin ikinci yarısında zorakılıqların azalması üzündən evlərini tərk edən İraqlıların sayı da kəskin enib. Əksinə, müəyyən sayda adamlar geri qayıtmağa başlyıb.

Lakin Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Jan Filip Çozi geri dönən adamların sayının çox olmadığını deyir. Məsələn o, qeyd edir ki, Bağdadı tərk edənlərin yalnız 8 faizi qayıdıb.

Buna səbəb kimi cənab Çozi həmçinin tərk edilmiş evlərin özəl vətəndaşlar tərəfindən tutulmasını və mülkiyyət münaqişələrini göstərir. Təşkilatın apardığı soruğuya əsasən qaçqınların 65 faizi Bağdaddan gəlmiş, yerdən qalanlar isə Diyala, Anbar, Ninəva və Salahəddin vilayətinin sakinləridir. Əksəriyyət həyatlarına təhlükə səbəbindən köçkün düşdüyünü deyir.

XS
SM
MD
LG