Accessibility links

BMT nüvə agentliyinin rəhbəri Tehrandadır


Atom Energisi üzrə Beynəlxalq Agentlik – MAQATE-nin rəhbəri bu gün Tehranda İranın ali liderləri ilə görüşür. Səfərin məqsədi liderləri İranın nüvə proqramı ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün agentliklə əməkdaşlığı sürətləndirməyə çağırmaqdır. Ölkə prezidenti Mahmud Əhmədinejadla görüşən Məhəmməd Əl Baradeinin bu gün İranın ali dini lideri Ayatullah Xamaneyi ilə də görüşü planlaşdırılır. Dünən Əl Baradei və İranın Atom Enerji Təşkilatının sədri Qulam Rza Ağazadə İran və MAQATE-nin daha yaxından əməkdaşlıq edə bilmə yollarını müzakirə ediblər. Ağazadə görüşü çox yüksək qiymətləndirib və İranın MAQATE ilə hərtərəfli əməkdaşlığı davam etdirəcəyini deyib.
XS
SM
MD
LG