Accessibility links

Qazaxıstanda itkin düşən şaxtaçıların axtarışı dayandırılıb


Xilasedicilər dünən Qazaxıstanın mərkəzi hissəsində şaxtanın partlaması nəticəsində itkin düşən 23 nəfərin axtarışını müvəqqəti olaraq dayandırıblar. Ölkənin baş nazirinin müavini Umirzak Şukeyev jurnalistlərə açıqlaması zamanı axtarışların təhlükəli vəziyyət səbəbilə dayandırıldığını deyib. Onun sözlərinə görə, itkin düşən şaxtaçıların sağ qalması real görünməsə də, onların axtarışı sona kimi davam edəcək. Dünən Karaqanda şəhərində Abay şaxtasının partlaması nəticəsində 7 nəfər həlak olub, 14 nəfər xəstəxanaya yerləşdirilib, 23 şaxtaçı isə itkin düşüb. Şaxtada baş verən alov xilasetmə işlərini mürəkkəbləşdirib. Şaxta Arselor Mittalın sahibi olduğu 8 şaxtadan biri idi.

XS
SM
MD
LG