Accessibility links

"Human Rights Watch" Keniya polisini etirazçılara atəş açmamağa çağırır


“Human Rights Watch” insan haqları qrupu Keniya polisini müxalifətin bu həftə gözlənilən nümayişinə həddən artıq qüvvə cəlb etməməyə çağırıb. Qrupdan deyirlər ki, Keniya təhlükəsizlik qüvvələrinin kirminal zorakılığı cilovlamaq öhdəliyi var, və onlar silahlarını dinc nümayiş keçirənlərə yönəltməməlidirlər. Bu günkü açıqlamada qrup mübahisəli seçkilərdən sonra keçirilən nümayişlər zamanı polisin insanlara atəş açdığını və onlarla insanı qətlə yetirdiyini bildirib. Bu gün Qırmızı Xaç Cəmiyyətinin Keniya bölməsi qarşıdurmalar zamanı ölənlərin sayının 575-ə çatdığını bəyan edib. Müxalifət çərşənbə günü 3 günlük nümayişə başlayacağını bildirib.
XS
SM
MD
LG