Accessibility links

İran BMT nüvə agentliyinin suallarını cavablandıracağına söz verib


İranın Xarici İşlər Nazirliyi BMT nüvə Agentliyinin İranın keçmiş nüvə proqramı ilə bağlı suallarını cavablandıracağına söz verib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sədri Məhəmməd Əl Baradeinin Tehrana səfərinin ardından ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü rəsmən qarşıdakı 4 həftə ərzində bütün qaranlıq suallara aydın gətiriləcəyini deyib. İran həmçinin Əl Baradeiyə uranın zənginləşdirilməsi sentrifuqalarının yeni nəsli barədə məlumat verdiyini bildirib.

XS
SM
MD
LG