Accessibility links

İsrail və Fələstin müzakirəçiləri ilk danışıqlarını keçirib


ABŞ prezidenti Corc Buşun bu günlər Yaxın Şərqə səfərindən sonra İsrail və Fələstin müzakirəçiləri ilk danışıqlarını keçirib. İsrailin xarici işlər naziri Tzipi Livni və Fələstinin sabiq baş naziri Əhməd Quria Qüdsdə görüş keçirib, sərhədlərin müyyən edilməsi, Qüdsün statusu, Fələstinli qaçınların vəziyyəti və İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşası kimi ən böyük mübahisələrə səbəb olan məsələləri müzakirə ediblər. Görüşü müsbət adlandıran Quria keçiləcək yolun çətin olacağını bildirib. İsrailin xarici işlər naziriliyinin sözçüsü tərəflərin müzakirələri şəxsi səviyyədə saxlamaq istədiyini bildirib. Fələstin prezidenti Mahmud Abbas müzakirələrin ilin sonunddək Fələstin dövlətinin yaradılmasına yol açacaq sülh sazişi ilə bitməsini istədiyini bidirib.

XS
SM
MD
LG