Accessibility links

Həmasın nəzarətindəki ərazilərdə hərbi əməliyyatlar davam edir


Israilin Qəzza Zolağında yaraqlılara qarşı bu gün keçirdiyi əməliyyatlar azı 17 fələstinlinin ölümünə səbəb olub. Qeyd edək ki, Həmasın nəzarəti altında olan ərazilərində yaraqlılara qarşı bir aydır hərbi əməliyyatlar keçirilir. Zorakılıq İsrail hərbi maşınlarının və vertolyotlarının Qəzzaya daxil olarkən fələstinlilərlə qarşıdurma zamanı baş verib. Hadisə zamanı 40-a yaxın fələstinlinin yaralandığı bildirilir.

Qətlə yetirilən fələstinlilərin əksəriyyəti Həmas liderlərindən biri Hussam Zəharın oğlu Mahmud Zəhar da daxil edilməklə gedən döyüşlər zamanı qətlə yetirilib. Həmas liderlərindən olan Zəhar İsrailin əməllərinə lazımi qaydada cavab veriləcəyini deyib.

Fələstin prezidenti Mahmus Abbas da İsrailin bu əməliyyatlarını qınamış və bunun sülh prosesinə mane olacağını demişdir.

XS
SM
MD
LG