Accessibility links

ABŞ Müdafiə naziri NATO-nun Əfqanıstanda səylərindən razılığını bildirib


ABŞ Müdafiə naziri Robert Geyts bildirib ki, Əfqanıstana əlavə Amerika dəniz piyadalarının göndərilməsi Taliban yaraqlılarına təzyiqlərin artmasına xidmət edəcək və bu, NATO ölkələrinin orada işindən narazılıqla əlaqədar deyil. Robert Geyts Əfqanıstanda missiyanı yerinə yetirən müttəfiqlərdən razılığını bildirərək deyib ki, Britaniya, Kanada və Hollandiya ölkədə mühüm rol oynayır. ABŞ Müdafiə naziri bu açıqlamaları dünən Los Anceles Tayms qəzetinin ona istinadən bəzi NATO ölkələrinin taliban üsyançılarına qarşı mübarizə aparmağa hazır olmadığı haqda məlumat verməsindən sonra bu gün Vaşinqtonda verib. Qəzetin gətiridyi sitat bəzi ölkələr və NATO baş katibi Yaap de Hup Şeffer tərəfindən kəskin etirazlara səbəb olub.
XS
SM
MD
LG