Accessibility links

Rusiya prezidenti Bolqarıstana gedir


Rusiya prezidenti Vladimir Putin enerji əlaqələrinin artırılması istiqamətində danışıqlar aparmaq üçün bu gün Bolqarıstana getməyi planlaşdırır. Cənab Putin Bolqarıstanda 6 milyardlıq nüvə zavodunun inşasına dair müqavilənin imzalanma mərasimində iştirak edəcək. Rəsmilər deyir ki, paytaxt Sofiyadan 250 kilometr şimaldakı Beleme şəhərində zavodun tikintisinə bu il başlanılacaq. Prezidentin həmçinin Rusiya qazının qərbə ötürülməsi üçün boru kəmər şəbəkəsinin tikintisi barədə planlarını genişləndirəcəyi gözlənilir. “Cənub Axını” adlı bu kəmərin əsas hissəsi Bolqarıstan ərazisindən keçəcək. Cənab Putinin səfəri zamanı ölkə müxalifəti, ekoloqları və insan haqları qrupları etiraz aksiyaları keçirməyi planlaşdırır.

XS
SM
MD
LG