Accessibility links

İsrail İranın Rusiya yanacağından nüvə bombası istehsalında istifadə edə biləcəyini deyir


İsrail bildirir ki, İran Rusiyanın Buşehr nüvə elektrik stansiyasına çatdırdığı yanacaqdan nüvə bombası istehsalında istifadə edə bilər. İsrailin xarici işlər naziri Tzipi Livni bu açıqlamanı bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra verib. O, İranın nüvə məsələinin diplomatik həllinə çağırıb. Sergey Lavrov deyib ki, Rusiya vəziyyətin diplomatik həlli yollarını axtarmağa davam edəcək.

Rusiya Buşehrdə İranın ilk nüvə elektrik stansiyasının inşasını başa çatdırmaq üzrədir və keçən ay obyektə yanacaq çatdırılmasını bərpa edib.

XS
SM
MD
LG