Accessibility links

ABŞ dövlət katibinin müavini təqaüdə çıxmağa hazırlaşır


ABŞ dövlət katibi Kondaliza Rays Dövlət Departamentinin rəsmisi Nikolas Börnzün təqaüdə çıxmağa hazırlaşdığını bəyan edib. Xanım Rays bu gün Vaşinqtonda jurnalistlərə bildirib ki, Dövlət Departamentinin 3-cü ən yüksək vəzifəli şəxsi cənab Börnz, mart ayına kimi vəzifəsində qalacaq. Dövlət katibinin siyasi məsələlər üzrə müavini, əvvəllər ABŞ-ın NATO-da və Yunanıstanda səfiri və Dövlət Departamentinin mətbuat katibi vəzifələrində çalışıb. O, ABŞ-ın BMT-nin İrana daha çox sanksiyalar tətbiq etmək səylərində və Hindistanla ziddiyyətli nüvə razılaşmasında baş müzakirəçisi olub.Prezident Buşun onun yerinə ABŞ-ın Rusiyadakı səfiri Vilyam Börnzü gətirməsi gözlənilir.
XS
SM
MD
LG