Accessibility links

Kanada ABŞ-ı işgəncələrə nəzarət siyahısına salıb


Kanada Amerika Birləşmiş Ştatları və İsraili işgəncələrə nəzarət siyahısına salıb. Kanadanın Xarici İşlər Nazirliyinin siyahısına ABŞ və İsraillə yanaşı, məhbusların işgəncələrə məruz qoya bilən ölkələr kimi Suriya, İran, Əfqanıstan və Çinin adları salınıb. Nazirlik bu siyahının siyasi sənəd olmadığını, onun yalnız diplomatların təlimatı üçün nəzərdə tutulduğunu bildirir. Sənəddə ABŞ-ın sorğu-sual metodları kimi istifadə etdiyi təcrid, lüt saxlanma, yuxu vaxtı narahatlıq, gözlərin bağlanması üsulları işgəncə adlandırılır.
XS
SM
MD
LG