Rusiyanın ali ordu komandiri hücumların qarşısını almaq üçün nüvə silahından istifadə edilə biləcəyini deyib. General Yuri Baluyevski Rusiyanın heç kimə hücum etmək planının olmadığını bildirib. Ancaq onun sözlərinə görə, dünya başa düşməlidir ki, əgər Rusiya böyük təhdidlə üzləşsə özünü müdafiə etmək üçün nüvə bombası daxil olmaqla, hərbi gücündən istifadə edə bilər. Baluyevski bu şərhini Rusiya ilə Qərb münasibətlərinin gərginləşdiyi bir vaxtda dilə gətirib. Münasibətlərdə gərginlik bir neçə səbəbdən baş verir. Buraya ABŞ-ın post sovet ölkələrində raketdən müdafiə qurğuları yerləşdirmək planları, NATO-nun adi silahlar barədə müqaviləni yeniləşdirilməsinə etirazı və Rusiya Milli Təhlükəsizlik Komitəsinin keçmiş agenti Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda öldürülməsi daxildir.