Accessibility links

Benəzir Bhuttonun qətlində şübhəli bilənən 15 yaşlı yeniyetmə həbs edilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin sabiq baş naziri Benazir Bhuttonun sui-qəsdi ilə bağlı şübhəli bilinən bir yeniyetmə həbs edilib. Xəbər agentlikləri adının açıqlanmadığı təhlükəsizlik rəsmisinə istinadən bildirir ki, 15 yaşlı Eytizaz Şah cümə axşamı şimal-şərq şəhəri olan Dera İsmayıl Xanda ələ keçirilib. Verilən məlumata görə, o, Aşura günü ərəfəsi şiə məscidini partlatmağa hazırlaşdığı zaman saxlanılıb. Rəsmilər yeniyetmə gəncin xanım Bhuttonun sui-qəsdini təşkil edən 4 nəfərdən biri olduğunu etiraf etdiyini deyib. Benazir Bhutto dekabrın 27-də Ravalpindidə yürüşdən sonra qətlə yetirilmişdi. Taliban və Əl Qaidə-nin sözçüsü Məhəmməd Ömər yeniyetmə ilə əlaqələrini rədd edib və qrupun xanım Bhuttonun qətlində iştirak etmədiyini bildirib. Başqa bir xəbərdə isə dünəndən bəri Cənubi Vəziristanda 50 yaraqlının ələ keçirildiyi bildirilir.

XS
SM
MD
LG