Accessibility links

Keniya müxalifəti yeni nümayişlərə hazırlaşır


Keniya müxalifəti keçən ay seçkilərə etiraz olaraq insanların ölümü ilə nəticələnmiş 3 günlük nümayişlərin ardınca tərəfdarlarını yeni nümayişlərə çağırıb. Müxalifət partiyasının sədri Henri Kosqey bu gün Nayrobidə jurnalislərə bildirib ki, partiya gələn həftənin cümə axşamı günü dinc nümayişləri bərpa edəcək. Onun sözlərinə görə, müxalifət prezidentin hakimiyyətdən salmaq üçün bütün mümkün üsullardan istifadə edəcək. Bugünkü bəyanat müxalifətin dünənki açıqlaması ilə ziddiyyət təşkil edir. Dünən müxalifət etirazları dayandırıb, iqtisadi baykota başlayacağını bəyan etmişdi. Keçən həftə digər müxalifət lideri Raila Odinqonun təşkil etdiyi nümayişləri yatırmaq üçün polisin zorakılıqları nəticəsində azı 23 nəfər həlak olub.
XS
SM
MD
LG