Accessibility links

Ənbar vilayətindəki intiharçı hücumu 6 nəfərin ölümünə səbəb olub


İaqın Ənbar vilayətində bu gün baş vermiş intiharçı bomba hücumu 6 nəfərin ölümünə səbəb olub. Hücumla bağlı ziddiyətli məlumatlarda deyilir ki, hücum Fallucə şəhəri yaxınlığında baş vermiş, bir neçə nəfər də yaralanmışdır.

ABŞ hərbi qüvvələrinin xəbərində isə bildirilir ki, İrandan İraqa qaçaqmalçılıqla keçirilən silahların sayı kəskin şəkildə azalıb. Lakin hərbi sözçü, admiral Qreq Smit deyib ki, bu İranın yaraqlılara təlimlərinin və maliyyə yardımlarının azalması demək deyil. Qeyd edək ki, ABŞ İranı şiə yaraqlıları zirehli maşınları dəlib keçə bilən xüsusi bombalarla təmin etməkdə günahlandırır. Tehran bu iddihamları rədd edir.

XS
SM
MD
LG