Accessibility links

BMT Qəzzanın humanitar böhranla üzləşəcəyi barədə xəbərdarlıq edir


Dünən İsrail Qəzzanın əsas elektrik stansiyasının işini dayandırdıqdan sonra Qəzza Zolağının bir hissəsi elektriksiz qalıb. İsrail atom elektrik stansiyasına yanacağın təminatını keçən həftənin cümə axşamından, Israilin Qəzza ilə sərhədlərini bağlamasından sonra kəsmişdi. İsrail rəsmiləri keçən həftə Qəzzadan İsrail ərazilərinə 200-dən çox raket atıldığını və hücumların qarşısının alınması məqsədi ilə sərhədlərı bağladığını deyirlər.

Fələstinlilər və BMT rəsmiləri elektrikin və yanacağın dayandırılması davam edərsə, Qəzzanın humanitar böhranla üzləşəcəyi barədə xəbərdarlıq edirlər. İsrail isə məsələnin şişirdildiyini və Həmasın İsraili günahlandırmaq üçün elektriki qəsdən kəsdiyini deyir.

XS
SM
MD
LG