Pakistan prezidenti Pərviz Müşərrəf Avropa səfəri çərçivəsində fransız həmkarı Nikola Sarkozi ilə görüşmək üçün Parisə gəlib. Liderlər arasındakı danışıqlar mövzusuna Pakistanın terrorizmlə mübarizəsinin də daxil ediləcəyi gözlənilir. Brüsseldə Avropa rəsmilərinə ölkədəki növbəti seçkilərin azad və ədalətli keçəcəyinə söz verən cənab Müşərrəf dünən axşam Parisə çatıb. Ancaq o jurnalistlərə bildirib ki, demokratik təcrübəni inkişaf etdirmək üçün ölkənin zamana ehtiyacı var. ABŞ dövlət katibi Kondaliza Rays Pakistan prezidenti ilə sabah İsveçrənin Davos şəhərində görüşəcək. Bu gün jurnalistlərə açıqlama verən xanım Rays Pakistanı azad seçkilər keçirməyə çağıraraq, demokratiyanın qurulması üçün vaxta ehtiyac olduğunu anladığını bildirib.