Accessibility links

Rusiya Ukraynaya növbəti dəfə xəbərdarlıq edib


Rusiya təkrarən Ukraynaya bildirib ki, əgər o, NATO ilə birləşsə, bu iki ölkə arasındakı münasibətlərə ciddi zərbə endirə bilər və buna qarşı müvafiq tədbirlər həyata keçirəcək. Bu xəbərdarlıq bu gün Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda verilib. Keçən həftə Ukrayna prezidenti Viktor Yuşşenko və baş nazir Yuliya Timaşenko alyansdan rəsmən Ukraynanın NATO-ya üzvlüyə çıxara biləcək tövsiyə və dəstək xahiş ediblər. Prezident Putin keçən il NATO-nun Rusiyanın sərhəd məntəqələrinə qədər çatmasını təhlükə adlandıraraq demişdi ki, bu, etimad iqlimini genişləndirməyəcək.

XS
SM
MD
LG