Accessibility links

Davosda Dünya İqtisadi Forumu işinə başlayıb


Davosda Dünya İqtisadi Forumu işinə başlayıb. Dünya ölkələrinin yüzlərlə siyasi və biznes lideri beş gün sürəcək forum zamanı ABŞ-da sələm faizlərinin azaldılması və qlobal iqtisadiyyatın zəifləməkdə olan dumunu müzakirə edəcək. Forumun təşkilatçılarının bildirdiyinə görə, dünya üzrə iqtisadi yavaşımanın qarşısının alınması bu il diqqət mərkəzində olacaq.

ABŞ Dövlət katibi Kondoliza Rays və Əfqanıstan prezident Həmid Karzai forumun açılışı mərasimində çıxış edəcəklər. Maykrosoft şirkətinin prezidenti Bil Qeyts, Britaniyanın baş naziri Qordon Braun, Pakistan prezidenti Pərviz Müşərrəf, Nobel sülh mükafatı laureatı, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor tədbirə qatılan yüksək səviyyəli şəxslərdir.

XS
SM
MD
LG