Accessibility links

Türkiyə polisi ilə yaraqlılar arasında qarşıdurma baş verib


Türkiyənin Anadolu Xəbər Agentliyinin məlumatına görə, ölkənin cənub-şərq hissəsində polislə Əl-Qaidə yaraqlıları arasında baş verən toqquşma zamanı bir polis zabiti və iki yaraqlı ölüb. Yaraqlıların yuva saldıqları evə reyd keçirildikdən sonra yaranan qısa insident zamanı 4 polis işçisinin yaralandığı deyilir. Yaraqlılardan 8-nin həbs edidiyi deyilir.

Son aylar Türkiyə təhlükəsizlik qüvvələri Əl-Qaidə ilə əlaqəsi olan İslamçı yaraqlılara qarşı ciddi əməliyyatlar həyata keçirir.

XS
SM
MD
LG