Accessibility links

Fələstinlilərin Misrə axını davam edir


Keçən həftədən başlayaraq İsrailin Qəzza zolağını blokadaya almasından sonra fələstinlilər ərzaq, yanacaq və ev təchizatları səbəbilə artıq ikinci gündür Misir ərazisinə keçirlər. Misir sərhəd xidmətinin işçiləri regionun keçid yollarına bu gün nəzarəti gücləndiriblər. Misirin Rafah şəhərinə fələstinlilərin axını silahlı şəxslərin partlayıcı maddələri işə salaraq sərhəddəki metal hasarı dağıtmasından sonra başlayıb. Misir prezidenti Hüsnü Mübarəkin sözlərinə görə, o, sərhəd xidmətçilərinə fələstinlərini silah keçirməmək şərtilə ölkə ərazisinə buraxmağa əmr edib. İsrail və ABŞ sözçüləri qarşıdurma olacağından narahatlıq keçirdiklərini bildirib. İsrail müdafiə rəsmiləri fələstinlilərin təchizatlarını Misirdən əldə edincəyədək Qəzzaya təchizat çatdırılmasının bərpa edilməyəcəyinə işarə edib.
XS
SM
MD
LG