Accessibility links

Iran Rusiyadan 7-ci dəfə nüvə yanacağı alır


İranın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Rusiyadan atom elektrik stansiyası üçün 7-ci dəfə nüvə yanacağı alınıb. 11 tonluq uran yanacağının Buşehrə bu gün çatdırıldığı xəbər verilir. Agentliyin məlumatında deyilir ki, 82 ton yanacağa ehtiyacı olan Buşehr stansiyası artıq 77 ton yanacaq əldə edib. Yanacağın qalan hissəsinin yaxın gələcəkdə çatdırılacağı deyilir. İran Buşehr atom elektrik stansiyasının cari ilin ortalarında işə salınmasını istəyir.

XS
SM
MD
LG