Accessibility links

Kofi Annan: "Keniyada insan haqları kobud şəkildə pozulur"


BMT-nin keçmiş baş katibi Kofi Annan son günlərdə onlarla insanın həlak olduğu qərbi Keniyada kobud və sistematik insan haqları pozuntularının baş verdiyini deyib. Son seçkilərdən sonrakı etnik toqquşmalar zamanı Keniyada ən azı 700 adam həlak olub. Bu gün cənab Annan 10 minlərlə insanın insidentlər səbəbilə evlərini tərk etdiyi Rift Vadisindəki Molo şəhərinə gedib. BMT-nin sabiq baş katibi prezident Mvai Kibaki və müxalifət lideri Raila Odinqo arasında razılıq əldə olunmasına vasitəçilik etmək üçün Keniyadadır. Cənab Annan bu iki liderin birbaşa danışıqlar aparmarmasına vastiçəlik etdi və onlar mübahisəli dekabr seçkilərindən sonra ilk dəfə görüşdülər.
XS
SM
MD
LG