Hökumət və biznes liderləri İsveçrənin Davos şəhərində təşkil etdikləri 38-ci illik yığıncaqlarını korporasiyaların inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın təkmilləşdirilməsinə təsirlərinin müzakirəsi ilə başa çatdırıblar. Dünyanın ən sürətlə inkişaf edən şirkəti Çina Mobile şirkətinin icraçı direktoru və bu ilin iqtisadi forumunun həm-sədri Vang Cianzon Çində ucqar bölgələrə telefon xidmətinin çatdırılmasından danışıb. Onun dediiynə görə, hazırda abunəçilərin sayı 370 milyona yüksəlib. Abunəçi bazasına hər ay qoşulanların sayı 6 milyon təşkil edir. Bunların 60 faizi ucqar bölgələrin abunəçiləridir. İqtisadi artımına görə öndə gedən Çin dünyada yoxsulluğun azaldılmasında aparıcı rol oynayır. Dünya Bankının hesabatında Çinin 300 milyon insanı son 20 il ərzində yoxsulluqdan xilas etdiyi bildirilir. Böyük Britaniyanın baş naziri Gordon Braun hökumətlərin iqtisadi inkişaflara məhdudiyyətlər qoyduğundan danışıb. İnkişaf etməkdə olan ölkələrin Davos forumunda iştirak edən nümayəndələri qloballaşma səylərinə qoşulmaq istədiklərini deyiblər. İqtisadi inkişafın yeni modelləri kimi Çin və Hindistan özəl sektorlara açıq olduqlarını bildiriblər.