Koalisiya qüvvələri İraqın Dəclə çayı vadisində Əl Qaidə şəbəkəsini hədəfə alan əməliyyatlar zamanı 3 terrorçunu öldürüb, 2 şübhəlini isə həbs edib. Ordunun bugünkü bəyanatında deyilir ki, həbs olunanlardan biri Əl Qaidənin Tikrit şəhərindəki lideridir. Bəyanatda həmçinin onun İraqdakı bir çox Əl Qaidə liderləri ilə əlaqəsinin olduğu da bildirilir. Dünən İraqın baş naziri Nuri Əl-Maliki Mosulda Əl Qaidəyə qarşı böyük əməliyyatlara başlandığını bildirmişdi. Bu həftə Mosulda partlayışlar zamanı 40 nəfər həlak olub, 200-dən çox insansa yaralanıb.