Accessibility links

İranın keçmiş iki prezidenti Ayətulla Əli Xameneiyə müraciət edib


İranın keçmiş iki prezidenti ali dini lider Ayətulla Əli Xameneini minlələrlə islahatçı və mötədil siyasətçinin mart ayında partlament seçkilərində iştirakına qoyulmuş qadağanı bir daha nəzərdən keçirməyə çağırıb. Keçmiş prezidentlər, islahatçı Məhəmməd Xatəmi və mötədil mühafizəkar Əkbər Haşimi Rəfsəncani siyasiçilərin namizəd statusunun bərpa olunacağına ümid bəsləyirlər. Onlar şənbə günü parlamentin keçmiş spikeri Mehdi Karubi ilə görüşərək, namizədlərin iştirakına qadağanı müzakirə ediblər.

Müxalifət liderləri bildirirlər ki, güclü nüfuza malik Nəzarət Şurası bəzi vilayətlərdə islahatçı namizədlər daxil olmaqla, namizədlərin 70-dən çox faizinin seçkilərə qatılmasına imkan verməyib.

XS
SM
MD
LG