Accessibility links

İtaliyanın müxalifət lideri növbədənkənar parlament seçkilərinə çağırır


İtaliyanın müxalifət lideri Silvio Berluskoni baş nazir Romano Prodinin istefasından sonra yaranmış siyasi böhranın həlli məqsədi ilə növbədənkənar parlament seçkilərinə çağırır. Mühafizəkar lider və İtaliyanın sabiq baş naziri Berliskoni bu çağırışı bu gün prezident Giorgio Napolitano ilə görüşdən sonra edib. İtaliyanın solçu liderinin müvəqqəti hökumətin təşkilinə meyilli olduğu deyilir. Bu yolla o, seçkilərədək seçki qanunlarında islahatların həyata keçirilməsi və baş nazirə daha artıq səlahiyyət verilməsini istəyir. Bir neçə gün ərzində prezidentin qərarını açıqlayacağı gözlənilir.

XS
SM
MD
LG