Accessibility links

Kəraçi şəhərində polislə yaraqlılar arasında qarşıdurma olub


Pakistan polisinin bildirdiyinə görə ölkənin ən böyük şəhəri olan Kəraçidə atışma zamanı iki polis zabiti və iki yaraqlı öldürülüb. Təhlükəsizlik qüvvələrinin bu liman şəhərinin atışma gedən binasını mühasirəyə aldığı xəbər verilir. Yerli mətbuatın yazdığına görə, yaraqlıların bəziləri Pakistanın Əl-Qaidə ilə əlaqəsi olan ekstremist qruplarının üzvləri ola bilər.

Bu gün səhər kəşfiyyat rəsmiləri Şimali Vəziristandakı Xuşali Tirxel kəndinə hücum edildiyini bildirirlər. Kənd sakinləri öldürülənlərin yaraqlılar deyil, qəbilə nümayəndələri olduğunu bildirirlər.

XS
SM
MD
LG