Accessibility links

Florida yarışlarından Con Makkeyn qalib çıxdı


Arizona senatoru Con Makkeyn Florida ştatında respublikaçıların ilkin prezident seçkilərindəki qələbəsinin fevral ayının 5-də 20-dən artıq ştatda keçiriləcək super çərşənbə axşamı seçkilərinə hazırlığa impuls verdiyini deyir. Con Makkeyn Massaçusetsin sabiq qubernatoru Mit Romnini qızğın mübarizədən sonra məğlub edib. Nyu-Yorkun sabiq meri Rudi Culiani və Şimali Karolina ştatının sabiq qubernatoru Con Edvards yarışlardan kənarlaşır. Floridada üçüncü yeri tutan Culiani beləliklə Makkeynə dəstək vermiş olacaq. Demokratların Florida ştatında keçirilən ilkin seçkilərdə iştirak etməyəcəklərini elan etmələrinə baxmayaraq, sabiq birinci xanım Hillari Klinton qələbə əldə edib. Onun yaxın rəqibi senator Barak Obama isə kampaniyasını Kanzasda-babasının vətənində davam etdirib.

XS
SM
MD
LG