Accessibility links

ABŞ Senatı iqtisadi stimullaşdırma planını nəzərdən keçirir


ABŞ Senatı Nümayəndələr Palatasında təsdiq edilən iqtisadi stimullaşdırma planından daha böyüyünü nəzərdən keçirir. Nümayəndələr Palatasında təsdiq edilən plan 100 milyon ailə üçün gəlirindən asılı olaraq, 600-dən 1200 dollara qədər vergi ixtisarını nəzərdə tutur. 146 milyard dollarlıq bu plan Ağ Evlə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə razılıqdan sonra təsdiq edilib. Senatın maliyyə komitəsi gəlirlərindən asılı olmayaraq, yaşlılar da daxil edilməklə, haqqı çatan amerikalıları 500-lə 1000 dollar arasında vəsaitlə təmin edəcək planı nəzərdən keçirir. Bu gün ABŞ-ın Mərkəzi Bankının baklararası sələm faizlərinin azaldılacağını elan edəcəyi gözlənilir.

XS
SM
MD
LG