Accessibility links

İsrail Ali Məhkəməsi Qəzzaya qarşı sanksiyaları müdafiə edib


İsrailin Ali Məhkəməsi hökumətin Həmasın nəzarətində olan Qəzza zolağına yanacaq və elektrik enerjisinin kəsilməsi qərarını müdafiə edib. İsrail Həmas keçən ilin iyun ayında Qəzzaya nəzarəti ələ keçirdikdən sonra Misirlə əməkdaşlıq edərək, oranı blokadada saxlayır. İnsan huquqları qrupları sanksiyaları tənqid ediblər. İsrailsə bu addımın fələstin yaraqlılarının Qəzzaya raket hücumlarının qarşısını almaq məqsədi daşıdığını bildirir. Həmas yaraqlıları keçən həftə Qəzza və Misir arasında sərhəddə hasarı partladaraq yüzlərlə fələstinlinin Misirdə ərzaq almasına imkan yaraatmmışdı. Bu gün Qahirədə Misir prezidenti Hüsnü Mübarək və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas sərhəddə vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.
XS
SM
MD
LG