Accessibility links

Keniyanın müxalifət qanunvericisi qətlə yetirilib


Keniyanın siyasl liderləri müxalif qanunverici Deyvid Tonun öldürülməsindən sonra danışıqları sabaha qədər təxirə salıblar. Qeyd edək ki, Keniyanın müxalifət qanunvericisi, Narıncı Demokratik Hərəkatının üzvü Deyvid To bu gün Rifi vadisinin Eldoret şəhərində yol polisi tərəfindən qətlə yetirilmişdir. Polisin qanunvericinin qətlinin polisin görüşdüyü qadınla əlaqədar olduğunu deməsinə baxmayaraq, qətlin Narıncı Demokratik İnqilabının rəsmiləri isə partiyanın parlamentdəki gücünü azaltmaq məqsədi ilə edildiyini deyirlər.

Qeyd edəki ki, Deyvid To Narıncı Demokratik İnqilabının digər üzvü, Muqabe Verenin Nairobidəki evində qətlə yetirilməsindən bir gün sonra öldürülmüşdür.

XS
SM
MD
LG