Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlər debat keçirib


Demokrat partiyasından ABŞ prezidentliyinə iki əsas namizəd İllinoiz senatoru Barak Obama və və Nyu-York senatoru Hillari Klinton Kaliforniya ştatında debatlar təşkil edib. Namizədlər Barak Obamanın qələbə əldə etdiyi Cənubi Karolinadan fərqli olaraq bu dəfə sərt mövqedən çıxış etməyiblər. Onlar aralarındakı fikir ayrılıqlarına toxunaraq, mühacirət kimi önəm verdikləri məsələləri önə çəkib, bölüşdükləri dəyələrdən danışıblar. Hər iki namizəd Ağ Ev uğrunda yarışlarına aydınlıq gətiriblər. Hillari Klinton Amerikanın sabiq prezidenti Bill Klintonun xanımı kimi deyil, özünün dəyərli xüsusiyyətlərinə görə yarışlarda iştirak etdiyini deyib. Obama xanım Klintonu yüksək qiymətləndirərək, onun ölkəni irəliyə aparmaq qabiliyyətinə malik olduğunu bildirib. Demokrat namizədlərin hər ikisi də respublikaçıların öncül namizədi Con Makkeyni İraq müharibəsi və prezidenti Buşun vergilərin ixtisarı planına dəstək verdiyinə görə tənqid edib.

XS
SM
MD
LG